Yupiterə göndəriləcək zondun uçuşu təxirə salınıb
Yupiter və onun peyklərini öyrənmək üçün nəzərdə tutulmuş Avropa kosmik zondu ilə birlikdə Arian 5 daşıyıcı raketinin buraxılışı bir gün təxirə salınıb. Səbəb əlverişsiz hava şəraiti, tufan və güclü küləkdir.
Planların dəyişdirilməsi Fransa Qvianasındakı Kuru kosmodromundan gözlənilən buraxılışdan sözün əsl mənasında on dəqiqə əvvəl elan edilib.
Günəş sisteminin ən böyük planeti və onun üç peykinin, Qanimed, Kallisto və Avropanın tədqiqi proqramı 1,6 milyard avro dəyərində qiymətləndirilir. Avropa Kosmik Agentliyi Yupiterə zondun buraxılışını necə izləyə biləcəyinizi söyləyib.
Zondun planetə çatması 2031-ci ilin iyulunda gözlənilir.
Emin Axund, Oxuməni.az
Digər xəbərlər









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











