Həyat yoldaşını itirmək kişilər üçün daha ölümcüldür

Həyat yoldaşını itirmək kişilər üçün daha ölümcüldür

19 Aprel 2023 09:29
Bəyəndim (0) Bəyənmədim (0)

Araşdırmalar göstərir ki, həyat yoldaşını itirmək kişilər üçün qadınlardan daha ölümcül olur. Həyat yoldaşlarından sonra 65-69 yaş arası dul kişilərin ölüm nisbətinin yüzdə 70 olduğu müəyyən edilib. Dul qadınlar arasında bu risk cəmi 27 faiz təşkil edib. Tədqiqatlar yaşı 65 və yuxarı olan təxminən 925 min kişi üzərində aparılıb. Kopenhagen Universitetinin İctimai Sağlamlıq Departamentində araşdırma aparan Alexandros Katsiferis, kişilərin fiziki və emosional sağlamlığının arvadlarının onlara qayğı göstərmə tərzi ilə bağlı ola biləcəyinə və həyat yoldaşı həyatlarından kənarda qalan kişilərin bir növ çökməsinə diqqət çəkib. Tədqiqat həmçinin itkidən sonra üç il ərzində sağ qalan həyat yoldaşlarının səhiyyəyə xərclədiyi pulun miqdarına da diqqət yetirib.

Hər iki cinsdə həyat yoldaşını itirdikdən sonra səhiyyə xərclərində ümumi artım müşahidə edilsə də, kişilərin bu sahədə xərclərinin həyat yoldaşını itirməsindən asılı olaraq daha çox artdığı müəyyən edilmişdir.

Murad Şahməmmədov