Avtomobilin mühərrik hissəsinə girən pişik balası xilas edilib

Avtomobilin mühərrik hissəsinə girən pişik balası xilas edilib

19 Aprel 2023 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Sosial şəbəkələrdə Türkiyədə Ərzincan vilayətində qorxusundan avtomobilin altına sığınan, daha sonra avtomobilin mühərrik hissəsinə girən pişik balasını xilas etmək mümkün olub.

Ərzincan şəhər mərkəzində avtomobilin altından pişik səsini eşidən yoldan keçən vətəndaş yardım üçün çağrı mərkəzinə məlumat verilib. Hadisə yerinə qrup göndərilib.

Qorxusundan park edilmiş avtomobilin altından çıxaraq, o biri maşının altına girən, daha sonra yenidən bayıra çıxaraq əvvəlki avtomobilin mühərrik hissəsinə girən pişik balasını xilas etmək üçün dərhal işə başlanılıb.

Qaldırıcının köməyi ilə maşın bir az da yuxarı qaldırılıb. Pişiyin mühərrik hissəsinə sığındığı fərq edildikdə, nəqliyyat vasitəsinin sürücüsünün gəlib kapotu açması üçün onu axtarmalı olublar. Az sonra nəqliyyat vasitəsinin sürücüsü gəlib kapotu açıb və nəqliyyat vasitəsinin mühərrik hissəsinə girən pişik balası heç bir zərər görmədən oradan çıxarılıb.

Sonradan qidalandırılan və sağlamlığı yoxlanılan pişik balası uyğun mühitdə təbiətə buraxılıb.

Murad Şahməmmədov