Alçanı duzla yeyənlər böyük təhlükədədir
Hazırda bahadır, amma bu aylarıda tez də olsa alça süfrələrin bəzəyi olub. Bu aylarda alça istehlak edərkən diqqət etməli olduğunuz bəzi detallar var. Bu detalların ən başında alçanı duzla yemək durur. Yaz aylarının ən məşhur meyvəsi olan alça yavaş-yavaş bazarda yerini almağa başlayıb.
Hazırda bir az cibinizə uyğun olmasa da, lakin may ayının sonuna kimi sərfəli qiymətə satışı davam edəcək.
Alça sevənlər və yeyənlər çoxdur. Üstəlik, alça faydaları ilə heyran qalınan bir meyvədir.
Alça qəbizlik yaratsa da, immunitetin nizamlı işləməsini təmin edir. Astma və bronxit kimi xəstəliklərdən də qoruyan alça xərçəngə qarşı da çox faydalıdır.
Fosforla çox zəngin olan alça orqanizmin dəmiri mənimsəmə qabiliyyətini artırır və qan dövranını yaxşılaşdırır.
Dərinin tonunu bərabərləşdirməsi ilə tanınan yaşıl alça dərini yeniləyir və ləkələri aradan qaldırmağa kömək edir.
Alça faydaları saysız-hesabsızdır, amma alçanı duzla yeyənlərə bəd xəbərimiz var...
Alçanı duzlayanların nəzərinə!
Ümumiyyətlə, hər kəs duzlu yaşıl alça yeməyi sevir. Lakin məlum olub ki, alça duzla birlikdə istehlak etmək düzgün deyil. Yaşıl alçanı duzla birlikdə istehlak etmək bədəninizdə pis çöküntülərin yığılmasına səbəb olur.
Bundan əlavə, alça duzla birlikdə istehlak edilədə qan təzyiqini artıra bilər və həmçinin böyrəklər artıq yüklənməyə səbəb ola bilər. Mütəxəssislər bədən sağlamlığınız üçün alçanı duz istifadə etmədən istehlak etməyinizi məsləhət görürlər.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











