Böyük təyyarələrin mühərrikləri
qanadlarında olarkən, niyə kiçik təyyarələrdə ön hissədə olur?

Böyük təyyarələrin mühərrikləri qanadlarında olarkən, niyə kiçik təyyarələrdə ön hissədə olur?

27 Aprel 2023 12:59
Bəyəndim (0) Bəyənmədim (0)

Yəqin ki, kiçik təyyarələrin mühərriklərinin böyük təyyarələrdən fərqli olaraq qanadlarda deyil, ön hhissədə olduğunu görmüsünüz. Amma heç düşünmüsünüzmü niyə?

Təyyarə mühərrikləri adətən qanadların altına və ya gövdənin ön hissəsinə yerləşdirilir. Mühərrikin yerləşdirilməsi seçimi aerodinamika, çəki paylanması, sabitlik, texniki xidmət və xərc kimi müxtəlif amillərdən asılıdır. Hər bir variantın öz üstünlükləri və mənfi cəhətləri var, lakin hansının daha yaxşı olduğunu söyləmək çətindir. Hansının daha yaxşı olduğunu seçə bilməsək də, bu mühərrik yerləşdirmələrinin niyə fərqli olduğunu izah edə bilərik. Araşdırmanı oxuduqdan sonra əmin ola biləcəksiniz ki, kiçik təyyarə mühərriklərini niyə qanadlarda deyil, daha çox öndə olur.

Əvvəlcə ən ümumi olandan başlayaq.

Mühərriki qanadda olan təyyarələr;

Qanadlarda quraşdırılmış mühərriklər qanadların altındakı bölmələrdə, adətən itələyici qurğuda yerləşdirilən mühərriklərdir. (Pərvanələr təyyarəni irəli aparır). Bu tip mühərrikləri “Boeing” kimi böyük təyyarələrdə görürük.

Qanadlardakı mühərriklərin bir sıra üstünlükləri var:

Pərvanələrdəki sürtünmə və səs-küyün azalması;

Pilot üçün daha yaxşı görmə;

Sükan girişini azaldan pərvanələrdən aşağı fırlanma və giroskopik effektlər;

Bununla belə, qanadlardakı mühərriklərin çatışmazlıqları da var.

Misal üçün:

Daha çətin giriş və texniki xidmət;

Qanadlarda yanacaq çənləri və yük üçün daha az yer;

Mühərrikin ağırlığından və titrəyişdən bıçağın əyilməsi və çırpınma riskinin daha yüksək olması;

Kiçik təyyarələr üçün başqa daha az yayılmış mühərrik sxemləri var. Bunlara misal olaraq gövdənin arxasına və ya şaquli stabilizatora quraşdırılmış mühərrikləri göstərmək olar.

Bu, kiçik təyyarələr üçün nadir bir mühərrik yerləşdirməsidir, lakin onları “Embraer ERJ” ailəsi və ya “Aviafiber Canard 2FL” kimi bəzi regional reaktiv və ya planerlərdə görmək olar. Quyruğa quraşdırılmış mühərriklər ön və qanadlı mühərriklərə nisbətən bəzi üstünlüklərə malikdir.

Misal üçün:

Çəki paylanmasının daha yaxşı balansı;

Pilot üçün daha yaxşı görmə;

Daha yaxşı qorunma (xarici obyektin zədələnməsi kimi);

Qanad üzərində daha yaxşı hava axını (aerodinamika);

Mühərrik səsinin kabinəyə daha az təsiri;

Yekun olaraq, niyə kiçik təyyarələrdə mühərriklər daha çox öndə olur?

Buna ən bariz səbəb kimi üstünlüklər bəndlərində sadaladığımız manevr qabiliyyətini göstərə bilərik. Təyyarənin yüngül olması və qanadının oval dizaynı da bunda təbii ki, böyük rol oynayır, ən əsası isə mühərrikin çəkisinin qanadlarda deyil, gövdə üzərində olması ağırlıq mərkəzini tarazlaşdırmaq üçündür. Onlar uzaq məsafələrə uça bilməsələr də, bu təyyarələr qısa məsafələrdə əla manevr qabiliyyətinə malikdir.

Murad Şahməmmədov