Qədim Yunanıstanda xanımlara həkim olmaq qadağan edilərkən kişi kimi geyinib ginekoloq olan qadın
Qədim Yunanlı qadın Aqnodisi həkim olmaq istəyirdi, lakin qadınların tibb təhsili almasına icazə verilmirdi. O, həmin zaman üçün böyük riskə getdi və kişi qiyafəsində tibb məktəbinə daxil oldu. Kişilərin üstünlük təşkil etdiyi cəmiyyətlərdə qadın olmaq, hətta insan kimi yaşamaq bəşər tarixinin hər dövründə çətin olub və təəssüf ki, bu gün də çətindir. Təbii ki, bəzi istisnalar var. Bu istisnalardan biri də öz arzuları və idealları üçün öz cinsi kimliyini azad şəkildə gizlədən qədim yunanlı Aqnodisidir.
O, ən böyük arzusunu həyata keçirmək istəyir və buna görə də saçını kəsdirib kişi kimi geyinərək, İsgəndəriyyədəki tibb məktəbinə daxil olur. Tibb təhsilini heç kimə fərq etmədən başa vurur. Bir gün Afina küçələrində gedərkən bir qadının qışqırtısını eşitdir və dərhal onun yanına gedəndə doğuş sancısı keçirdiyini anlayır. Aqnodise müdaxilə etmək istəyir, lakin doğuş edən qadının qohumları onun kişi olduğunu düşünərək, onu yaxına buraxmırlar. Agnodise qadın olduğunu göstərmək üçün ehtiyatla paltarını çıxardır və qadının dünyaya uşaq gətirməsinə köməklik göstərir.
Sonradan bu hadisə qadınlar arasında yayıldı və onlar doğum etmək üçün Aqnodiseyə müraciət etməyə başladılar.
Bu yeni həkimin bu qədər diqqət cəlb etməsi kişi həkimlərin də diqqətini çəkmişdi. Onun çoxlu müştəri cəlb etməsinə qısqanan kişi həkimlər hələ də kişi hesab etdikləri Aqnodiseni qadın xəstələri şirnikləndirməkdə günahlandırdılar.
Bu ittihamla məhkəməyə çıxarılan Aqnodise edam cəzasına məhkum edilərkən qadın olduğunu etiraf etməli olub. Bu dəfə o, tibb təhsili aldığını və həkimliklə məşğul olduğunu əsas gətirərək edam cəzasına məhkum edilib.
Bu qərardan sonra qadınlar üsyana qalxdı, hətta ölüm hökmü çıxaran kişi hakimlərin arvadları belə reaksiya verdilər.
Bəzi qadınlar o qədər şiddətli müqavimət göstərdilər ki, “Aqnodise edam edilsə, biz də onunla birlikdə öləcəyik” dedilər. Arvadlarının və digər qadınların şiddətli təzyiqlərinə tab gətirə bilməyən hakimlər Aqnodisenin cəzasını ləğv etdi və qadınlara yalnız qadınlara baxdığı müddətcə həkimlik etmələrinə icazə verdilər.
Beləliklə, Aqnodise ilk qadın həkim və ginekoloq kimi tarixə damğasını vurdu. Bu gün qadın həkimlərin öz işlərinin öhdəsindən gələ bilmələri bizə çox təbii görünür, lakin ilklərə nail olmaq asan deyildi. Əsrlər boyu çox şeylər uğrunda mübarizə aparan qadınlar hələ də bir çox mövzuda mübarizələrini davam etdirirlər. Ümid edirik ki, bir gün mükəmməl bərabərlik əldə olunacaq.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











