Əgər Kaliforniya suveren bir dövlət olsaydı, onun iqtisadiyyatı Hindistanı ötərdi...
ABŞ iqtisadiyyatı barədə bəzi bilgilər...
Birləşmiş Ştatların tarix boyu iqtisadiyyatı çoxlu yüksəliş və eniş yaşayıb. Hansı sahədə pul varsa ABŞ nə yolla olur olsun orda olub. Bu gün ABŞ dünyanın ən böyük iqtisadiyyatı kimi qlobal iqtisadiyyata rəhbərlik edir. Həm də dünyanın ən borclu ölkəsidir.

1. ABŞ-ın ÜDM-i 20 trilyon dollardan çox olmaqla həm də dünyada 1-ci yerdədir.
2. ABŞ-dan sonra Çin 14 trilyon dollardan çox ÜDM ilə dünyanın ikinci ən böyük iqtisadiyyatıdır.
3. ABŞ-ın iqtisadiyyatının nə qədər nəhəng olduğunu daha yaxşı başa düşmək üçün onu dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Hindistanla müqayisə edək. Hindistanın ÜDM-i 3,2 trilyon dollardır.
4. Milyarder Uorren Baffetin sərvəti əksər ölkələrin iqtisadiyyatlarından daha böyükdür. Warren Buffet, bazar kapitallaşması 415 milyard dollardan çox olan "Berkshire Hataway" biznesini idarə edir. Məsələn: Filippin kimi böyüyən ölkənin cəmi 375 milyard dollar ÜDM-i var.
4. Bir trilyon dollarlıq bazar dəyərinə çatan Apple yeni dünya rekordu yaratdı. Apple, 1 trilyon dollardan çox bazar kapitallaşmasına çatan dünyanın ilk korporasiyasıdır. 6 yanvar 2020-ci ildə Apple 1,3 trilyon dollarlıq bazar dəyərinə çatdı.

5. Əgər Kaliforniya suveren bir dövlət olsaydı, onun iqtisadiyyatı Hindistanı ötərdi.
Kaliforniya iqtisadiyyatı 2019-cu ildə 3,137 trilyon dollarlıq ÜDM qeydə alaraq ABŞ-da ən böyük iqtisadiyyatına malik ştatdır. Kaliforniyanın ÜDM-i o qədər böyükdür ki, müstəqil bir dövlət olsaydı, Hindistanı (dünyanın beşinci ən böyük iqtisadiyyatını) taxtdan salar, Çin Yaponiya və Almaniyadan sonra dünyada ən böyük iqtisadiyyata malik ölkə olardı.
6. Kaliforniya ştatı Apple, Facebook, Walt Disney, YouTube, Chevron, Wells Fargo, hp və Intel kimi dünyanın ən böyük şirkətlərinin vətənidir. Bu ştat həm də ABŞ-ın əhalisinə görə ən böyük ştatıdır. Təxminən 40 milyon insan yaşayır.
7. Kaliforniya planetin ən məhsuldar kənd təsərrüfatı bölgələrindən biridir. Amerika Birləşmiş Ştatları meyvə, tərəvəz və qoz-fındıq ixracının yarısından çoxunu burada həyata keçirir. Həm də burada dünyanın ən böyük günəş elektrik stansiyası fəaliyyət göstərir.
8. ABŞ - da adambaşına düşən ÜDM 65 min dollardır. Dünyanın ən böyük iqtisadiyyatına malik olmasına baxmayaraq, ABŞ dünyanın ən zəngin ölkəsi deyil. ABŞ yalnız 10-cu yerdədi. Qətər adambaşına düşən ÜDM-i 130,475 ABŞ dolları ilə planetin ən zəngin ölkələrindən sayılır (2022)
9. 2020-ci ilə görə dünyada hələ trilyonçu yoxdur. Amazonun baş direktoru Ceff Bezosun sərvəti 107,3 milyard dollar olub. Ceff hazırda dünyanın ən zəngin adamlarından biridir. Bəşəriyyətdə 2026-cı ilə qədər nəhayət ilk trilyonçu ola bilər. Hesablamalara görə, Ceff Bezosun xalis sərvəti son beş ildə 34% sürətlə artıb və bu, onu dünyanın ilk trilyonçusu edə bilər.
2023-cü ildə dünyanın ən varlı adamları:
1. Bernar Arno – 211.8 milyard dollar
2. İlon Mask – 180 milyard dollar
3. Ceff Bezos – 114 milyard dollar
10. Son 20 ildə ABŞ dünyanın ən böyük borclu dövlətinə çevrilib. 1940-cı ildən bəri ABŞ əhalisi təxminən 100% artıb. Eyni zamanda ABŞ-ın dövlət borcu 120,5 dəfə artıb. ABŞ-ın borcu hər saniyə təxminən 14,5 min dollar artır. Borcun səbəbləri son 100 ildə böyük hərbi əməliyyatlar (1-ci və 2-ci dünya müharibəsi, 1930-cu illərdə ABŞ-da baş verən böyük böhran, Vyetnam, Əfqanıstan, İraq və s şərq müharibələri) daxilə və xaricə verilən istiqrazlar, mənfi ticarət balansı və s.
Moderator.az









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











