Düzgün miqdarda qəbul edilən qəhvə ürəyin dostudur

Düzgün miqdarda qəbul edilən qəhvə ürəyin dostudur

4 May 2023 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Kardioloq Anıl Sarıca gündəlik həyatın bir parçası olan qəhvənin lazımlı miqdarda istehlak edildiyində ürək üçün qoruyucu qalxan olduğunu bildirib. Mütəxəssis qeyd edib ki, qəhvə bəzi damar xəstəlikləri problemlərinin meydana gəlməsini əhəmiyyətli dərəcədə azaldır.

Gündə 2 ilə 4 fincan arasında qəhvə istehlak etməyin sağlam olduğunu ifadə edən Sarıca, "Kardioloqlara ən çox verilən suallardan biri də qəhvə istehlakının insan sağlamlığına təsiridir. Qəhvənin tərkibindəki 1000-dən çox bioloji aktiv komponent sayəsində gündə 2 ilə 4 fincan qəhvə istehlakı ürək üçün faydalıdır. " deyə bildirib.

Qəhvənin tarix boyu yaraların sağalması, ishal müalicəsi, revmatik toxuma xəstəlikləri və böyrək daşı müalicəsi kimi tibbi müalicələrdə istifadə edildiyini xatırladan kardioloq "Qəhvənin tərkibindəki bəzi maddələr damar genişləndirici təsirə malikdir. Buna görə də qəhvə infarkt və iflic kimi problemlərə səbəb olan ürək-damar xəstəlikləri problemlərinin meydana gəlməsini əhəmiyyətli dərəcədə azalda bilər. Kofein istehlakı infarktlara səbəb olan koronar damarlardakı kalsifikasiyalara müsbət təsir göstərə bilir.

Həddindən artıq qəhvə istehlakının ürək və damarlar üzərində mənfi təsirlərə səbəb olduğunu qeyd edən Anıl Sarıca istehlak edilməli olan qəhvə miqdarı ilə bağlı məlumat verib: "Genetik fərqlər nəzərə alınaraq gündəlik kofein istehlakının 300-400 mq-dan çox olmamasına diqqət yetirilməlidir".

Oxumeni.az