Təyyarələr üçün 5G təhlükəsi
ABŞ yeni 5G buraxılışlarından sonra bəzi Boeing 787 təyyarələrinin enişləri üçün əlavə tədbirlər görülməli olduğunu açıqlayıb. İstifadəçilərə sıfır gecikmə ilə yüksək sürətli internet təqdim edən 5G texnologiyası son zamanlar çox müzakirə olunur.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) keçən il xəbərdarlıq etmişdi ki, orta diapazonlu 5G simsiz siqnallar “avionikaya” təsir göstərə bilər.
FAA pilotlara 5G səbəbiylə hündürlükölçəndə (altimetre) meydana gələ biləcək müdaxiləyə qarşı aşağı hündürlüklərdə avtomatik eniş və ya digər uçuş sistemlərindən istifadə etməyi qadağan etmişdi.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Boeing 787-lərin pilotlarından 5G xidmətinin tətbiq olunduğu hava limanlarında yağışlı və ya qarlı eniş zolaqlarına enərkən əlavə ehtiyat tədbirləri görmələrini tələb edəcəyini bildirib. Amerika Birləşmiş Ştatlarının Nəqliyyat Naziri Pit Buttigieg, təyyarələrin lazımlı tədbirləri görməsi üçün son müddəti uzatmayacaqlarını açıqlayıb.
ABŞ-a uçan 100-dən çox daşıyıcını təmsil edən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası bəyanatında aşağıdakı ifadələrdən istifadə edib:
Təchizat zənciri ilə bağlı problemlər bütün təyyarələrin iyulun 1-ə qədər yenilənməsi ehtimalını azaldır ki, bu da yay uçuşlarında fasilələrlə nəticələnə bilər.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











