Misir fironları niyə yalançı saqqal taxırdılar?
Misir xalqı ümumiyyətlə saqqal və bığa gigiyena çatışmazlığı kimi baxsa da, fironlar ənənəvi olaraq keçi tükündən hazırlanmış yalançı saqqal taxırdılar. Bu saqqallar bir çox güclü keyfiyyətlərlə, eləcə də digər səbəblərlə əlaqələndirilirdi.
Misir fironları hər zaman öz dəbdəbəli geyimləri və qızıl bəzəkləri ilə özünü göstərməyi xoşlayırdılar. Halbuki, bütün bu nümayişkaranəliklə yanaşı, fironlar ortaq bir şeydən istifadə edirdilər ki, bu da saxta saqqal idi.
Misir inancına görə, “Osiris” tanrısı mərhumu axirətdə gözləyirdi. “Osiris” mərhuma iri və çıxmış saqqalı ilə görünəcəkdi. Fironlar da elə bu ilahi xüsusiyyəti özlərinə əlavə etmək və Allahın ilahiliyini yaşatmaq üçün saxta saqqal qoymağa başlamışdılar.
Əslində Misir xalqı saqqalı çox da sevmirdi. Bir çox misirlilər tamamilə saqqalsız idilər. Camaat gigiyena baxımından qalın bığları, saqqalları və qaşları sevmir və bunu gigiyena qaydalarına riayət edilməməsi kimi qiymətləndirirdi.
Fironlar da bu fikirlə razılaşırdılar, əslində onların heç birinin əsl saqqalı yox idi, lakin buna baxmayaraq, fironlar status və ilahilik əlaməti olaraq saxta saqqal taxırdılar və bu saxta saqqallar adətən keçi tükündən hazırlanırdı.
Bu çür saqqal taxmaq həm də məhsuldarlıq kimi keyfiyyətlərlə əlaqələndirilirdi. Onlar hesab edirdilər ki, saqqallar yaşla əlaqədar olaraq ağıl və təcrübə təsiri bağışlayır, ona görə də fironların saqqallarının olması zəruri idi.
Saxta saqqal ənənəsi cinslər arasında fərq qoymurdu. Misiri idarə edən fironların üstünlüyü kişi olsa da, qadın fironlar da hakimiyyətə gəldikdən sonra saxta saqqal ənənəsini davam etdirmişdilər.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











