Hər bir insanın barmaq izi fərqli olduğu kimi, ovuc izi də fərqlidir
Hər bir insanın barmaq izi fərqli olduğu kimi, ovuc izi də fərqlidir. Ovucunuzdakı "M" hərfi cizgisinin nə demək olduğunu bilirsinizmi? Kirologiya kimi tanınan elm gələcəyinizlə bağlı mühüm ipuçları verir. Ovucunuzda görünən M hərfi cizgisi yaxşılıq və gözəllik gətirir. "M" hərifi cizgisi nə qədər qabarıq olsa, bir o qədər yaxşıdır. Hər simvolun fərqli mənası olsa da, "M" hərfinin mənası da maraq doğurur. Ovuc üzərindəki "M" hərfi 3 əsas xəttin birləşməsindən əmələ gəlir. Bu xətlər həyat xətti, zəka xətti və ürək xətti olaraq görülür. Bu 3 xüsusi xəttin birləşməsindən yaranan "M" hərfi cizgisi maddi aləmə, uğura və böyük imkanlara işarə edir. Karyera və iş dünyasını ifadə edən bu hərf cizgisi həm də pulun simvolu olaraq görülür.
Bundan əlavə, ovuc üzərindəki "M" hərfi xirologiyada usta işarə kimi şərh olunur. Bu, insanın müəyyən fəaliyyət sahəsində böyük istedada malik olduğunu göstərməklə yanaşı, həm də bu sahədə böyük uğurlar qazanacağına işarə edir. Hər iki ovucda görünən bu simvolun ən mühüm məqamı, sol və sağ ovuclardakı "M" hərflərinin eyni olmasıdır. Bu vəziyyət yaxşı bir əlamət olaraq görülsə də, insanın doğulduğu gün ilə dünyanı tərk edəcəyi günün eyni olacağına işarədir.
Simvolun yalnız sağ əldə olması insanın həyatda hər şeyə nail olduğunu, çalışqan və iddialı olduğunu simvollaşdırır. Bundan əlavə, bu işarə həm də qətiyyət və enerjini simvollaşdırır, eyni zamanda insanın öz uğuruna nail olduğunu, özünü təkmilləşdirmək üçün səy göstərdiyini, sona qədər getdiyini və çətinliklərdən qorxmadığını göstərir. Ovucda görünən "M" hərfi cizgisini bəxt olaraq araşdırsanız, bütün yolların bir-bir necə açıldığını və istədiyiniz hədəflərə zaman-zaman necə çatacağınızı görəcəksiniz.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











