Nəhəng tısbağanı görənlər bir anlıq şoka düşüblər

Nəhəng tısbağanı görənlər bir anlıq şoka düşüblər

16 May 2023 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da Çikaqo çayında nəhəng tısbağa görünüb. Tısbağaya "Chonk" adı verilib. Bu ad artıq çəkili insanları və heyvanları təsvir etmək üçün istifadə edilən sevgi ifadəsidir. Gövdəsi qabığı ilə müqayisədə çox iri görünən dolğun tısbağa görənləri şoka salıb. Mütəxəssislərin fikrincə, Şimali Amerikada "chelydra serpentina" və "macrochelys temminckii" elmi adları olan iki tısbağa növü var. Chonkun “chelydra serpentina” növündən olduğu güman edilir. Bu tısbağaların çəkisi 9 ilə 34 kiloqram arasında dəyişir.

Murad Şahməmmədov