Artıq yeni internet brauzerində şəbəkə kəsilməsinin qarşısını almaq mümkün olacaq

Artıq yeni internet brauzerində şəbəkə kəsilməsinin qarşısını almaq mümkün olacaq

16 May 2023 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

Hər yaranan yeni funksiya ilə internet brauzeri bir az daha ağıllı olur və bazar payında liderliyini qoruyub saxlayır. Bu yeni xüsusiyyətlərdən biri ən son Chrome 113 yeniləməsi ilə təqdim edilən “WebGPU” xüsusiyyətidir. Bu texnologiya veb performansının və istifadəçi təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyır. Həmçinin görünü bu xüsusiyyət gələcəkdə məlumat mərkəzlərinin yükünü yüngülləşdirəcək. Son söz-söhbətlərə görə, Google Chrome-un “WebGPU” inteqrasiyası gələcəkdə daha da aktivləşəcək. Google I/O 2023 tədbirində təqdim ediləcəyi gözlənilən yeni xüsusiyyət “WebGPU”-nun daha geniş istifadəsinə imkan verəcək.

Bu demo “WebGPU”-nun mətni şəkillərə çevirmə prosesini nümayiş etdirəcək. “WebGPU”-nun xidmətləri istifadəçilərə bəzi üstünlüklər təqdim edəcək ki, bu da şəbəkə kəsilməsinin qarşısını almaq və məlumatlara daha çox nəzarət etməyə gətirib çıxaracaq.

Məsələn, Samsung bu yaxınlarda təhlükəsizlik pozuntusu səbəbindən işçilərinə chatbotlarından istifadə etməyi qadağan etdi. WebGPU ilə yerli süni intellekt tapşırıqlarının icrası Samsung kimi şirkətlərə daha yüksək təhlükəsizlik və məxfilik standartlarına malik süni intellekt alətlərindən istifadə etməyə imkan verə bilər. Artıq “WebGPU”-u Google Chrome-a inteqrasiyası veb performansında, məlumat mərkəzinin səmərəliliyində və süni intellekt tətbiqi təhlükəsizliyində əhəmiyyətli irəliləyiş əldə edib. Brauzer texnologiyası inkişaf etdikcə, yerli süni intellekt emal qabiliyyəti və çarpaz brauzer uyğunluğu istifadəçi təcrübələrini daha da təkmilləşdirəcək və daha təhlükəsiz, daha səmərəli onlayn mühit yaradacaq.

Murad Şahməmmədov