Evinin pəncərəsindən bədənini tikintidə işləyən fəhlələrə göstərdi

Evinin pəncərəsindən bədənini tikintidə işləyən fəhlələrə göstərdi

16 May 2023 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniyalı model və internet fenomeni Astrid Wett evinin qonaq otağından sinəsini və bədən orqanlarını inşaat işçilərinə göstərdiyi anları çəkərək sosial şəbəkədə paylaşıb. Astrid Wett köynəyini yuxarı qaldıraraq sinəsini göstərib. Qadına baxan işçilər, ona əhəmiyyət vermədən heç nə olmamış kimi işlərinə davam ediblər.

İnstaqram modeli heç bir pis niyyətinin olmadığını, sadəcə olaraq ağır şəraitdə çalışan işçiləri əyləndirmək istədiyini söyləyərək özünü müdafiə edib.

Siyasi yazar Emily Hewertson sosial media hesabından verdiyi açıqlamada Wett-in bu addımının qəbuledilməz olduğunu bildirib və “Təsəvvür edin, bir qrup qadına eyni şeyi edirsiniz” deyib.

Emilinin tvitinə minlərlə insan dəstək verərək Wetti tənqid edərək şərhlər yazıblar. Bəzi istifadəçilər işçiləri əyləndirmək üçün bu hərəkəti edən Wettə "Üzr istəməsi onun günahından böyükdür" şərhini yazıblar.

Oxuməni.az