Beş yaşlı türk uşaq Hollandiyada tək tapılıb

Beş yaşlı türk uşaq Hollandiyada tək tapılıb

24 May 2023 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Zəlzələ qurbanı olduğunu deyən 5 yaşlı türk uşaq Hollandiyada tək tapılıb. Hollandiyanın cənubundakı Maastrixt şəhərində tapılan 5 yaşlı türk uşağı zəlzələ qurbanı olduğunu deyib.

Bir kəlmə holland dili bilməyən uşağın ölkəyə necə gəldiyi araşdırılır. Maastrixt polisinin instaqram hesabında “Böyük şəhərdə tək” başlığı ilə edilən açıqlamada 5 yaşlı türk uşağının şəhərin mərkəzində təkbaşına gəzərkən tapıldığı bildirilib. Heç bir holland dili bilməyən türkcə danışan uşaq polislər tərəfindən şirniyyat dükanında saxlanılaraq, polis bölməsinə aparılıb. Polis bölməsində yemək və dondurma yeyən uşaq türkcə danışan polislə söhbət edib. Türkiyədən gəldiyini izah edən oğlan valideynlərinin öz ölkələrində olduğunu və hər ikisinin məlum zəlzələdə xəsarət aldığını bildirib. Sosial işçilərə təhvil verilən uşağın sığınacağa göndərildiyi bildirilib. 5 yaşlı uşağın Hollandiyaya necə gəldiyi barədə məlumat verilməyib. Bildirilib ki, Hollandiya rəsmiləri bu məsələnin araşdırmasını hələlik yekunlaşdıra bilməyib.

Murad Şahməmmədov