Yüz yaşlı həkim iş başında

Yüz yaşlı həkim iş başında

25 May 2023 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-dan olan 100 yaşlı həkim Hovard Taker Ginnesin Rekordlar Kitabına düşdü və vəzifədə olan ən yaşlı həkim kimi seçildi. Doğulanda ABŞ-da orta ömür uzunluğunun kişilər üçün 58, qadınlar üçün isə 61 olduğunu bildirən nevroloq Taker, həyat tərzi ilə bağlı bəzi qaydaların qoyduğunu söylədi. Taker gündəlik həyatında etdiklərini belə izah edib: “75 ildir işləyirəm. 65 yaşlı həyat yoldaşım Sara da psixoanaliz və psixiatriya ilə məşğul olur. Pandemiya zamanı həftənin 5-6 günü xəstələrə baxırdım. Həftədə üç gün həkimlərə dərs deməyə davam edirəm. Sevdiyiniz bir işiniz varsa və hələ də işləyə bilirsinizsə, pensiyanı təxirə salın. Üzgüçülük, qaçış, gəzinti və xizək sürmə məni güclü və sağlam saxlayır. 15 dəqiqəlik gəzinti vaxtından əvvəl ölüm riskini 25 faiz azalda bilər. Mən həyatımda heç vaxt siqaret çəkməmişəm. Mən mülayiməm, amma özümü heç də hər şeydən məhdudlaşdırmıram. Sevdiyim yeməkləri hər gün olmasa da yeyirəm. Biliyimin boşa getməsinə imkan verməyəcəyəm”. 100 yaşlı həkim Hovard Takerin yaşlı olmasına baxmayaraq, ABŞ höküməti onun bilik və bacarığını nəzərə alaraq, xəstəxanada işləməsinə heç bir məhdudiyyət tətbiq etməyib.

Murad Şahməmmədov