İtinizin sizi izləmə səbəbi bunlar ola bilər

İtinizin sizi izləmə səbəbi bunlar ola bilər

26 May 2023 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bu, it sahiblərinin yaxşı bildiyi bir vəziyyətdir. Bəzən itlər sahiblərini obsesif səviyyədə izləyirlər. Mütəxəssislər bu davranışı üç fərqli baxışla nəzəriyyə edirlər və bunların hamısı olduqca inandırıcıdır. Evində it sahibi olanların bəzən çox şirin göründüyü, bəzən də çox bezdirici olaraq xarakterizə etdikləri ümumi it davranışlarından biri də həmin itlərin daim sahiblərini izləməsidir. Əgər heyvanların dili haqqında çox şey bilmirsinizsə, bu çaşqınlıq yarada bilər. Bunu anlamağa kömək edəcək 3 sadə nəzəriyyə var.

Əksər ekspertlər itlərin bu davamlı davranışının səbəbi ilə razılaşırlar. İtlər minlərlə il əvvəl əhliləşdirilmiş ola bilər lakin onlar hələ də vəhşi əcdadları kimi özlərini bir qrupun bir hissəsi kimi görürlər. Ətrafda başqa itlər olmadığı üçün insan ailəsini sürü kimi görürlər. Bu instinkt həm də itləri sizi yaxından izləməyə və fiziki toxunuşunuzu axtarmağa həvəsləndirir.

Bunun digər səbəbi isə itlə sahibi arasında yaranan bağla əlaqəlidir. Bəzən insanlar, xüsusən də bala itlərdə onların anası kimi izlər qoya bilirlər. Hətta yaşlı itlər də həyatlarında onlara qayğı və məhəbbət göstərən insanlarla əlaqə qururlar. Bu vəziyyətlərdə it həmin insanı təhlükəsizlik obyekti kimi gördüyü üçün sahibinin yanında olmaq istəyir.

İtinizin sizi niyə izlədiyinin başqa bir mümkün izahı təbii instinktlərdən daha çox onlara qarşı davranışınızla əlaqəli ola bilər. Başqa sözlə desək, əgər itiniz yaxşı bir davranış etdikdə onu yemək kimi şeylərlə mükafatlandırsanızsa, müəyyən bir müddətdən sonra həmin mükafatı yenə sizdən gözləyəcək…

Murad Şahməmmədov