"Hiss edirdim ki, ayı topuqlarımı və ayaqlarımı qoxulayır, düşündüm ki, bu, sondur..."

"Hiss edirdim ki, ayı topuqlarımı və ayaqlarımı qoxulayır, düşündüm ki, bu, sondur..."

4 İyun 2023 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

"Labüd ölümdən güclü qorxu hissi-buna hazır olmaq mümkün deyil..."

27 yaşlı Erika Yankya gecə qaçışında ayı ilə görüşüb, o, özünü ölülüyə vurub

Fin idmançı qadın meşədə ayı ilə görüşünü hələ çox xatırlayacaq...

Finlandiyanın biatlon üzrə yığmasının iştirakçısı Erika Yankya axşam qaçışı zamanı gözlənilmədən aqressiv ayı ilə rastlaşıb.

İdmançı qadın yerə uzanıb və özünü ölü kimi göstərib.

Oxuməni.az xəbər verir ki, bu barədə Finlandiyanın "İlta-Sanomat" nəşri yazıb.

Mayın 26-da biatlonçu qadın Erika Yankya Kuxmo şəhərində Vartius nəzarət-buraxılış məntəqəsinin yaxınlığında axşam qaçışını icra edib.

İdmançı qadın gözlənilmədən ona tərəf yaxınlaşan ayını görüb.

"Mən qulağımda qulaqcıqlarla qaçırdım, birdən özümdən sağ tərəfin 10 metrliyində meşədə ayı gördüm", - Yankya yerli "Kuhmolainen" qəzetinə danışıb.

Erika Yankya məlumat verib ki, ayı ona xüsusi diqqət yetirməyib. Lakin tezliklə o, başqa bir ayı ilə üzləşib. O, o qədər də mehriban olmayıb.

Qəzəbli ayı Yankyaya yaxınlaşmağa başlayıb. Bu zaman biatlonçu qadın yerə yıxılaraq özünü ölü kimi göstərib.

"Mən hiss edirdim ki, ayı mənim topuqlarımı və ayaqlarımı qoxulayır. Mən hətta düşünməyə də macal tapdım:

"Doğrudanmı bu, sondur?" - Erika Yankya qəzetə öz hisslərini bölüşüb. Sonucda ayı idmançı qadını tərk edib.

"Təbiətin qoynunda dünənki görüş hafizəmdə silinməz iz qoyacaq. Labüd ölümdən güclü qorxu hissi-buna hazır olmaq mümkün deyil", - Yankya özünün "İnstagram" səhifəsində yazıb.

Biatlonçu qadın travmalardan yan keçə bilib, özünü yaxşı hiss edir.

"Mən həyatım boyu təbiətdə və heyvanlarla rastlaşan zaman özümü necə aparmaq barədə aldığım dərslərə görə minnətdaram", - Kaynuu sərhəd mühafizəsində işləyən Yankya yazıb.

O, həmkarları, ailəsi və dostlarına minnətdarlığını bildirib. "Mən həyatıma görə minnətdaram", - o, vurğulayıb.

2022-ci ildə Pekində qış Olimpiadasında Finlandiyanı təmsil edən rəqibləri Yankyanın emosional postunu şərh edib.

"Dəhşət! Nə yaxşı ki, sən qaydasındasan!" - Mari Eder yazıb.

"Xoşbəxtlikdən, hər şey qaydasındadır! Sənə teziklə özünə gəlməyini arzulayıram, bu hadisəni sən hələ uzun müddət xatırlayacaqsan", - Kaysa Myakyaryaynen yazıb. Moderator.az