Yenidən 83 yaşında ata olmağa hazırlaşır

Yenidən 83 yaşında ata olmağa hazırlaşır

1 İyun 2023 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Oskar mükafatlı ABŞ aktyoru Al Paçino 83 yaşında yenidən ata olmağa hazırlaşır. Paçinonun sevgilisi Alfallah 8 aylıq hamilədir.

Hollivudda qoca ataların sayı artır. Oskar laureatı Robert De Niro keçən ay 79 yaşında yeddinci övladını dünyaya gətirdikdən sonra 83 yaşlı Al Paçinodan daha bir xəbər gəldi. Kino tarixinin ən önəmli aktyorlarından biri, “Scarface”, “Devil's Advocate”, “The Mole”, “The Merchant of Venesiya” kimi möhtəşəm filmlərinin ulduzu Al Paçino yeni filmə çəkilməyə hazırlaşır. Xarici mətbuatın xəbərinə görə, Al Paçinonun bir müddətdir birlikdə olduğu 29 yaşlı sevgilisi Nur Alfallahdan yeni paylaşım olub. Hazırda səkkiz aylıq hamilə olduğunu öyrənən gənc qadın analıq həyəcanını yaşayır. Xatırladaq ki, Al Paçinonun əvvəlki sevgi münasibətlərindən üç övladı var. Paçinonun Beverli D'Anjelo ilə münasibətindən Olivia Pacino və Anton James Pacino adlı 22 yaşlı əkizləri, Jan Tarrant ilə münasibətindən isə 33 yaşlı Julie Pacino adlı qızı var.

Usta oyunçunun ən böyüyü ilə kiçik uşağı arasında 22 yaş fərq olacaq.

Murad Şahməmmədov