Tarixi qala 30 min funt-sterlinqə satışa çıxarılıb

Tarixi qala 30 min funt-sterlinqə satışa çıxarılıb

1 İyun 2023 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

Şotlandiyanın Şetland adasındakı qala 30 min funt-sterlinqə satışa çıxarılıb. “Brough Lodge” adlanan 200 illik qala möhtəşəm qüllələri, həyətləri və hasarlı bağları olan 40 hektar ərazidə yerləşir. Bununla belə, investorlar qalanın yaşayış və istirahət məkanına çevrilməsi üçün təmir xərclərinin 12 milyon funt-sterlinqə çata biləcəyini düşünürlər. Qala ilə eyni adlı daşınmaz əmlak şirkəti sahibkarları 1820-ci ilə aid olan mövcud binanı qorumaqla yanaşı, dünya səviyyəli istirahət məkanı yaratmaq üçün 24 yataq otağı və restoran yaratmağa çağırıb. Artur Nikolson adlı tacir tərəfindən tikilən bina 1980-ci illərdən bəri boşdur. Qalanın yerləşdiyi adada cəmi 61 nəfər yaşayır.

Nikolson ailəsinin son varisi Olive Borland qalanın satış qiymətini 30 min funt-sterlinq olaraq təyin edib. Bu, Şotlandiyada təxminən 200.000 funt sterlinq olaraq təxmin edilən bir evin orta satış qiymətindən xeyli aşağıdır.

Murad Şahməmmədov