Saatlarının qəsdən səhv vaxta qoyulduğu ölkə

Saatlarının qəsdən səhv vaxta qoyulduğu ölkə

5 İyun 2023 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Gözəl Avropa ölkəsi olan Maltada kilsələrdə iki fərqli saat var və hər saat fərqli vaxtı göstərir. Yerlilər hansının düzgün olduğunu bilsələr də, kənardan gələnlər üçün bu, bir az çaşqınlıq yaradır. Maltada turistləri çaşdıran kilsədəki saatlar, yerli əhali üçün əsl bir inanc mənbəyidir. Ölkənin müxtəlif yerlərində yerləşən bütün kilsələrdə iki saat var. Bu iki saatdan biri səhvdirsə, digəri düzdür. Bəli, saatlardan biri qəsdən yanlış vaxtı göstərir. Bunun əsl səbəbi şeytanı kilsədən uzaqlaşdırmaq üçündür. İnsanlar inanırlar ki, şeytan ayinləri pozmasın deyə saatlar səhv vaxta qoyulub. Buna görə də bütün kilsələrdə iki saat var. Biri xalq üçün, biri şeytan üçün. Yerli sakinlər hansı vaxtın doğru olduğunu bilsələr də, bu bəzən turistlər üçün çox çaşqınlıq yaradır.

Murad Şahməmmədov