Fırtına nəticəsində sular altında qalan bir şəhərin izləri tapılıb

Fırtına nəticəsində sular altında qalan bir şəhərin izləri tapılıb

6 İyun 2023 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

Alimlər bu günə qədər ancaq əfsanə kimi tanınan Rungholt şəhərinin izlərini tapıblar.

On minlərlə ildir üzərində yaşadığımız Yer kürəmiz hələ də keçmişdə mövcud olmuş sivilizasiyaların izlərinə ev sahibliyi edir. Bu izlər gündən-günə kəşf olunmağa davam edərkən, arxeoloqlar nəhayət yüz illər əvvəl okeanın udduğu bir şəhərin izlərini tapdılar.

Şimal dənizinin cənub-şərqində yerləşən Vadden dənizində 1362-ci ildə fırtınalar nəticəsində sular altında qalan Rungholt şəhərinin izləri ilk dəfə tapılıb. Vaxtilə ticarət mərkəzi olan şəhərdə tapılan ilk iz kilsə olub. Şəhərin izlərinin tapılması Almaniyanın Südfall adası ətrafında baş verib. Kristian-Albrecht Universitetinin arxeoloqları adanın ətrafında apardıqları geofiziki tədqiqatlar zamanı kurqanlara rast gəliblər.

Aşkar edilən kurqanlardan biri eni 40 metr, hündürlüyü 15 metr olan kilsəyə aid olub. Bölgədə qazıntılar aparılıb, daha çox şəhərin izləri aşkar edilib. Alimlərin paylaşdığı açıqlamaya görə, araşdırılan ərazinin ölçüsü 10 kvadrat kilometrə çatıb.

Kilsənin aşkarlanması ilə başlayan işlərdən sonra şəhərə aid tikililəri ehtiva edən 54 müxtəlif kurqan, sistematik şəkildə qurulmuş drenaj sistemləri, sel örtüyü və daha iki kiçik kilsənin xəritəsi çəkilib.

Təəssüf ki, bu strukturların bir çoxu ilkin formasını qoruyub saxlaya bilməyib. Elm adamları qalıqların ağır şəkildə aşındığını bildirərkən, qalıqları araşdırmaq üçün çox az məhdud vaxtlarının olduğunu paylaşdılar.

Şəhər haqqında yaranan əfsanələr bu günə qədər izləri tapılmayan şəhər kimi müxtəlif cür formalaşmışdır. Günümüzə qədər gəlib çatan bəzi rəvayətlər də mövzu olmuşdur. “Şimal dənizinin Atlantidası” kimi də tanınan şəhərdə məskunlaşanların günahları ucbatından su altında qaldığı deyilirdi. Həmçinin, ərazidəki bir əfsanəyə görə, bəzən sakit gecələrdə şəhərin kilsə zənglərinin su altında cingiltisi eşidilirdi.

Murad Şahməmmədov