Vulkan minlərlə insanı qurban kəsmək üçün cəlb edir

Vulkan minlərlə insanı qurban kəsmək üçün cəlb edir

6 İyun 2023 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyanın Bromo vulkanı minlərlə insanı qurban kəsmək üçün cəlb edir. Minlərlə hindu İndoneziyanın Yava adasında yerləşən aktiv vulkan Bromo vulkanına yenidən dırmaşaraq, çoxəsrlik dini mərasim çərçivəsində qurbanlar kəsirlər.

Yerli Tenger xalqı ənənəvi inancları kimi, onlara xeyir-dua, bolluq və firavanlıq bəxş edən tanrılara minnətdarlıq ifadə etmək üsulu kimi bu cür xidmət edirlər.

Rohim, mömin: “Mən hədiyyə olaraq kartof, pırasa, şirniyyat, qəlyanaltı, həmçinin pul gətirmişəm”.

Slamet, fermer: “Evimizdə çoxlu inəyimiz var, bunu da artıq hesab etmək olar, onu Allaha qaytarmaq üçün bura gətirdim”.

Bu il əhali Covid-19 pandemiyasından sonra rəsmilərin onların ziyarətinə icazə verdiyi ilk mərasim idi. Keçən il hətta dindarlar üçün də məhdudiyyətlər tətbiq olundu. Məlumat üçün bildirək ki, Yadnya Kasada festivalının kökləri bir vaxtlar Cənub-Şərqi Asiyaya yayılan Hindu-Buddist imperiyası olan Majapahit krallığının folkloruna kimi gedib çıxır.

Murad Şahməmmədov