Yeddi metr uzunluğundakı piton ilanını yararaq heyvanın mədəsindən qadının cəsədini çıxardıblar

Yeddi metr uzunluğundakı piton ilanını yararaq heyvanın mədəsindən qadının cəsədini çıxardıblar

7 İyun 2023 15:22
Bəyəndim (0) Bəyənmədim (1)

İtkin düşən qadının cəsədi piton ilanının qarnında tapılıb. İlanın qarnını yaran kəndlilər dəhşət yaşayıb. Dəhşətli hadisə İndoneziyanın Cambi əyalətində baş verib. Jahrah adlı qadın 7 metrlik piton ilanı tərəfindən diri-diri udulub. 54 yaşlı qadının meyiti 2 günlük axtarışdan sonra ilanın mədəsindən tapılıb. Meşəyə ağac sirəsi toplamaq üçün gedən indoneziyalı qadın bir daha geri qayıtmayıb. Qadından xəbər alınmadıqdan sonra bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb. İki günlük axtarışdan sonra Jahrah adlı qadının cəsədi 7 metrlik ilanın mədəsindən bütöv halda tapılıb.

İndoneziyanın Cambi əyalətində yaşayan 54 yaşında olan Jahrah ağac sirəsi toplamaq üçün Sumatra adasındakı meşəyə gedib və axşam saatlarına kimi evə qayıtmayıb. Bundan sonra hərəkətə keçən qadının əri onun itkin düşməsi barədə səlahiyyətlilərə məlumat verib.

Daha sonra arvadının rezin fabrikində istifadə etdiyi paltar və iş alətlərindən bəzilərini meşədə tapan ər axtarış qruplarını ora çağırıb. 54 yaşlı qadının tapılması üçün axtarış qrupları dərhal həmin yerə göndərilib.

2 günlük axtarışdan sonra indoneziyalı qadının meyiti tapılıb. Meşəlikdə əlavə kömək məqsədi ilə axtarış aparan kəndlilər mədəsi olduğundan daha şişkin görünən bir piton ilan görüblər. Onlar bunu aydınlaşdırmaq üçün ilanı tutub öldürüblər.

Yeddi metr uzunluğundakı piton ilanını yararaq heyvanın mədəsindən qadının cəsədini tapıblar. Hadisə ilə bağlı yerli mətbuata məlumat verən polis rəisi Harefa, "Qadının cəsədi təxminən 7 metr uzunluğunda olan pitonun mədəsində tapılıb. Biz cəsədin itkin düşən qadına məxsus olduğunu təsdiqlədik" deyə bildirib.

Bu cür hadisələr son dərəcə nadir olsa da, İndoneziyada bir insanın piton ilan tərəfindən öldürülməsi və yeyilməsi ilk dəfə deyil. 2017-2018-ci illər arasında ölkədə iki analoji ölüm hadisəsi qeydə alınıb.

Alimlər qeyd edirlər ki, pitonlar adətən qidalarını bütöv udurlar. Bunun səbəbi pitonların bənzərsiz anatomiyası onların çənələrinin ətraflarından daha böyük olan obyektləri udmaq üçün genişlənməsinə imkan verir. İndoneziya Herpetofauna Fondunun direktoru Nathan Rusli, "Onların bədəni nəhəng bir nizə ucu kimi işləyir. Əvvəlcə özlərini insanın ətrafına dolayırlar. Sonra insanı o qədər sıxırlar ki, nəfəs ala bilmir. İlanın yuxarı və alt çənələri bir-birinə bağlıdır. Müxtəlif ligamentlər olduqca çevikdir. Onlar başlarından daha böyük olan yırtıcıları belə uda bilirlər" deyə fikrini tamamlayıb.

Murad Şahməmmədov