Özünü öldürməyi qadağan edən qanun

Özünü öldürməyi qadağan edən qanun

9 İyun 2023 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən qapalı cəmiyyəti sayılan Şimali Koreyada yeni qadağanın qüvvəyə mindiyi iddia edilib. Britaniya mətbuatında yer alan təfərrüatlara görə, ölkənin 39 yaşlı lideri Kim Çen In intiharı qadağan edib. Yerli idarələrə göndərilən əmrə əsasən, “sosializmə xəyanət” olaraq təyin olunan intiharların qarşısının alınması üçün tədbirlər görülməsi tapşırılıb. İddia edilir ki, ölkədəki son aclıq səbəbindən bir çox bölgələrdə intiharlar artmaqdadır. Şimali Koreya höküməti də yeni qadağanı tətbiq etməklə, intiharların sayını azaltmaq istəyir.

Murad Şahməmmədov