Tənhalıq epidemiyası

Tənhalıq epidemiyası

9 İyun 2023 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı tənhalığa nəzarət etmək və vacib sosial qarşılıqlı əlaqənin olmaması ilə mübarizə aparmaq üçün yeni layihə yaradıb. Avropa Komissiyasının tənhalıqla bağlı hazırladığı yeni hesabata görə, hər 10 avropalıdan ən azı biri özünü çox vaxt tənha hiss edir.

Keçirilən sorğuda respondentlərin təxminən 13%-i cavab verib ki, özlərini çox vaxt və ya hər zaman tənha hiss edirlər. Sorğuda 25 min insan iştirak edib.

Layihə, COVID-19 pandemiyası zamanı uzun müddət təcrid nəticəsində yaranan “tənhalıq epidemiyası” haqqında məlumat əldə etmək üçün başladılıb.

Murad Şahməmmədov