Bir-birinin üstünə tonlarla pomidor atdılar

Bir-birinin üstünə tonlarla pomidor atdılar

13 İyun 2023 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Kolumbiyada keçirilən ənənəvi “Tomatina Festivalı”nın iştirakçıları pomidor vannası qəbul ediblər. Festival çərçivəsində bir araya gələn yüzlərlə insan bir-birinə 40 ton pomidor atıb.

Bu il 14-cü dəfə təşkil edilən festival çərçivəsində Stumarchan şəhərində toplaşan yüzlərlə insan bir-birinə 40 ton pomidor atıb. Bölgədəki fermerlərin hədiyyə etdiyi və yük maşınları ilə festival ərazisinə gətirilən tonlarla pomidor iştirakçıları qırmızı rəngə boyadı. Festival iştirakçıları start fiti ilə bir-birlərinə pomidor yağışı yağdırdılar.

Tədbirin sonunda paltarları pomidor qırmızısına bürünən ziyarətçilər təşkilatçılar tərəfindən təzyiqli su ilə təmizlənib. “Tomatina Festivalı”zamanı mədəni tədbirlər, şənliklər, müsabiqələr və mini-konsertlər də keçirilib. Səlahiyyətlilər festivalda istifadə edilən pomidorların istehlak üçün uyğun olmadığını və hər il keçirilən festivallar səbəbindən bölgənin cazibə mərkəzinə çevrildiyini bildiriblər.

Murad Şahməmmədov