Bir bədəndə yaşayan iki nadir insan
Bir bədəndə iki insan yaşayır. Dünyada nadir hallarda görülən birləşmiş əkizlər Abigail və Brittany Hensel görənləri heyrətə gətirir. Doğuşları tibb aləmində sensasiyaya səbəb olan bu əkizlər bütün fiziki məhdudiyyətlərinə baxmayaraq həyatlarını davam etdirirlər. Tibb dünyasını yüksəldən bu əkizlərin doğuşda sağ qalma şansı 30 milyonda bir idi. Bu bir möcüzədir. Bir bədəndə iki insanın yaşaya biləcəyini heç düşünmüsünüzmü? Gəlin sizi Abigail və Brittany Hensel qardaşları ilə tanış edək. Hazırda 33 yaşı olan siam əkizləri dünyaya gəlməklə dünyada sensasiyaya səbəb olub. Hansel qardaşları möcüzəvi şəkildə sağ qaldılar. Baxmayaraq ki, həkimlər onların sağ qalma şanslarının çox az olduğunu düşünürdülər. 1990-cı il təvəllüdlü Abigail və Brittany Hensel bir bədəndə yaşayan iki insandır...
Bütün dünyanı təəccübləndirən Abigail Hensel və Brittany Hensel tibb bacısı Patty və dülgər Mayk Henselin qızları olaraq dünyaya gəldilər.
Xarici görünüşünə görə tək simmetrik bədənə sahib kimi görünən bu əkizlərin tək qabırğası var və bədənləri tək çanaq sümüyünə bağlıdır.
Dünyada çoxları bu əkizləri ilk dəfə televiziya ekranlarında yayımlanan Realiti Şou proqramında izləmişdilər. Tibb dünyasını gündəmə gətirən hadisədə həkimlər doğuşdan sonra iki bacını ayırmağı düşünsələr də, cərrahlar bu hadisənin ola bilməyəcəyi qənaətinə gəldilər.
Həkimlər bu əməliyyatın ciddi ölüm riski daşıdığını dedikdən sonra valideynləri əməliyyatdan imtina ediblər. Bu səbəbdən Abigail və Brittany Hensel bütün fiziki çətinliklərə rəğmən birlikdə həyatlarını davam etdirirlər. Əslində, iki bacı hazırda müəllimlik peşəsi ilə məşğuldur.
Görənləri heyrətə gətirən Abigail Hensel və Brittany Henselin gündəlik həyatından bəzi görüntülər...



Murad Şahməmmədov



































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)




.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)










