Bədənini əhatə edən ləkə ilə doğulan qadın
Bədəninin 80 faizini əhatə edən ləkə ilə doğulan Beatriz adlı gənc qadın hər kəsi ruhlandırıb.
Beatriz, demək olar ki, bütün bədənini əhatə edən ləkə ilə doğulub. Bu vəziyyət ona zaman-zaman çətin anlar yaşatsa da, nəhayət, gənc qadın özünü olduğu kimi qəbul etməyə qərar verib və sonda ortaya ilham verici bir hekayə çıxıb.
Belə böyük bir doğum nişanı çox nadir haldır. Bu gənc qadını fərqli etsə də, həyat onun üçün heç də həmişə asan olmayıb.
Xüsusilə uşaqlıq illərində çətinlik çəkdiyini deyən Beatriz, digər uşaqların ona meymun dediklərini hələ də yadından çıxara bilmir. Gənc qadın indi özü ilə mükəmməl barışıq içində olsa da, bir zamanlar heç də belə deyildi.
O vaxtdan bəri doğum izini bədənindən çıxarmaq üçün bir çox prosedurlar keçirib. Sonda 2008-ci ildə etdiyi son əməliyyatdan sonra o, heç bir əlavə prosedura məruz qalmamaq və əvəzində özünəməxsus görünüşünü tam şəkildə qəbul etmək qərarına gəlib.

Beatriz özünü kəşf etdiyi kimi, sevgisini də tapıb. O, hazırkı həyat yoldaşı ilə 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatı zamanı tanış olub. Cütlük 9 ildir ki, birlikdə xoşbəxt yaşayır.
Beatriz sevinclə izah edir ki, əri Fellipe heç vaxt doğum ləkələri ilə maraqlanmayıb və ona lazımi dəstəyi verib.
Qəribə səslənsə də, Beatriz hər kəsin olduğu kimi sevgi ilə qucaqlaşmalı olduğunu düşünür.
Xəbərin təfərrüatları və şəkil Beatrizin sosial şəbəkəsindən götürülüb.
Murad Şahməmmədov



































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)




.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)










