Ömər səhvən hesabına köçürülmüş 716 min dolları geri qaytardı...

Ömər səhvən hesabına köçürülmüş 716 min dolları geri qaytardı...

13 Avqust 2023 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə yaşayan suriyalı qaçqın Ömər Əbdülqadir səhvən bank hesabına köçürülmüş 716 min dolları sahibinə qaytarıb.

Bu haqda “Turkey Posts” məlumat yayıb.

Bu il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Əbdülqadir təbii fəlakətdən zərər çəkmiş tekstil biznesinə dəymiş ziyana görə kompensasiya almaq üçün sığorta şirkətinə müraciət edib. Sığorta şirkəti ona 716 min dollar ödəniş verib, lakin səhvən həmin məbləği iki dəfə göndərib. Köçürmədə səhvi görən suriyalı əlavə pul vəsaitini göndərənə, yəni şirkətə qaytarıb.

“Bəziləri mənə pulu geri verməməyi məsləhət gördü. Dedilər ki, indi o sənin pulundur. Amma mən o pulu özümünkü hesab etmədim”,- deyə Əbdülqadir bildirib.

Tarixdə səhvən əllərinə düşən külli miqdarda pulu sahibinə çatdıran müsəlmanların dürüstlüyünə dair çoxlu nümunələr olub.

2008-ci ildə dünya şöhrətli skripkaçı avtomobilində unutduğu 4 milyon dollarlıq skripkanı geri qaytaran müsəlman taksi sürücüsünə təşəkkür üçün Nyu-York hava limanında pulsuz konsert verib.

2014-cü ildə Kaliforniyanın San-Xose şəhərindəki "Burger King" restoranının müsəlman direktoru masanın üzərində içərisində 100.000 dollar olan çantanı qoyub gedən ziyarətçini axtarıb tapıb.

2023-cü ildə bank hesabından ona çatası puldan əlavə səhvən 35 min dollar da çıxaran və səhvini aşkar edən livanlı dərhal artıq pulu polisə aparıb...Moderator.az