Evdən işləmək ofislə müqayisədə daha səmərəsiz olur

Evdən işləmək ofislə müqayisədə daha səmərəsiz olur

11 Avqust 2023 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni bir araşdırma, məlum olanın əksinə, evdən işləməyin daha az məhsuldar olduğunu ortaya qoydu. Tədqiqata görə, uzaqdan işləyənlər ofisdəkilərdən 18% daha az məhsuldardırlar.

2020-ci ildə ortaya çıxan COVID-19 pandemiyası dünyanın əhəmiyyətli bir hissəsinin ofislərdən uzaqlaşmasına və evdən iş sisteminə keçməsinə səbəb oldu. Pandemiyanın təsirləri aradan qalxsa da, bəzi şirkətlərdə bu iş sistemi hələ də davam edir. Massaçusets Texnologiya İnstitutu (MIT) və ABŞ-ın Kaliforniya Universiteti bu sistemlə bağlı yeni araşdırma aparıb. Tədqiqat uzaqdan işləmənin məhsuldarlığa təsiri ilə bağlı əks nəticələr çıxardı.

Evdən işləyənlərin məhsuldarlığı ofisdən işləyənlərə nisbətən 18% azdır. Tədqiqatda 235 nəfərdən ibarət iki qrup 8 həftə ərzində araşdırılıb. Məlumat daxil edən işçilər olan bu qruplardan biri evdən, digəri isə ofisdən işləyirdi. Yazma sürətinin nəticələrinə görə, evdən işləyənlərin ofisdən işləyənlərə nisbətən 18% daha az məhsuldar iş gördüyü görüldü. Ofisdə işləyənlər 9-5, evdə olanlar isə cəmi 35 saat işləyirdilər. Evdəkilər nə vaxt işləyəcəklərini özləri seçə bilirdilər.

Bundan əlavə, araşdırma daha az məhsuldar insanların daha çox evdən işləmə sisteminə üstünlük verdiyini ortaya qoydu. MIT-dən professor David Atkin deyir ki, bu insanlar daha az məhsuldar olduqlarını bilsələr də, evdən işləməyə üstünlük verə bilərlər; çünki uşaqlarına baxma kimi evdə olmalarını tələb edən vəziyyətlər ola bilər. Bildirib ki, bu tələblər də onların diqqətini yayındıra bilər.

Atkinin fikrincə, hibrid iş sistemi həm ofisdə səmərəliliyi əldə etmək, həm də evdən işləmək istəyini reallaşdırmaq yoludur. Müəyyən günlərdə ofisə gəlməyi tələb edən hibrid iş sisteminin bu gün çox populyarlaşdığını bilirik. İndi bir çox şirkət tamamilə evdən və ya ofisdən deyil, bu sistemələ işləməyə üstünlük verir.

Murad Şahməmməd