İstifadə olunmuş otel sabunlarının qalıqları
Otel otaqlarına girən kimi diqqətlə qablaşdırılmış gigiyena məhsulları bizi qarşılayır. Sabunlar, şampunlar, kremlər və daha çox... Hər biri bizim üçün unikaldır və bu yeni məhsullardan istifadədə özümüzü çox dəyərli hiss edirik. Beləliklə, biz oteldən çıxanda və onlarla işimiz bitəndə bu məhsullara nə olur?
Təbii ki, yeni müştərilərə işlənmiş məhsulları təklif etmək mümkün deyil. Onlarca dəfə istifadə oluna bilən sabunları cəmi bir neçə dəfə istifadə olunduğu üçün atmaq sizcə də kifayət qədər ağılsızlıq deyilmi?
Sabunlarla birlikdə müxtəlif gigiyena məhsullarını təkrar emal edən qeyri-kommersiya təşkilatı yaradan Şon Seyplerin layihəsi, ildə təxminən 150 fərqli otel otağında qalaraq işlərini görürlər.
Bir gün qısa bir müddət qaldığı otel otağından çıxarkən Şon, geridə qoyduğu və çox az istifadə etdiyi sabunlara nə baş verdiyini maraqlandırır və otel müdirindən tullantı sabunlarına nə olduğunu soruşur və onların zibil qutularına göndərildiyini öyrənir. Bəzi ölkələrin gigiyena məhsullarına çox az çıxışı olduğunu bilən Şon Seypler bu cavabı bəyənməmişdi və bunu böyük israf hesab edirdi.
Beləliklə, Şon 2019-cu ildə Floridada "Clean the World" adlı kiçik bir şirkət yaratdı və bir yük maşını ilə tullantı sabunu toplamağa başladı.
Bir neçə kartof qabığı və ətçəkən maşınla yanaşı, iki yoldaşı ilə birlikdə üyüdülmüş sabunları ocaqda steril sabuna çevirməyin yolunu tapmışdı. Bu yolla Şon dünyanın hər yerində sabun almağa imkanı olmayan ailələrə ianə edə bilməyi hədəfləmişdi.
Təxminən 1,5 milyon uşağın ölümünə səbəb olan lakin əllərin yuyulması ilə qarşısının alına biləcəyi bir çox xəstəliyin, xüsusilə pnevmoniya və ishalın qarşısının alınmasına töhfə vermişdi.
“Təmiz Dünya” şirkətinin bu layihəsi 2009-cu ildən bəri təxminən 127 ölkədə çoxlu sayda insana 50 milyondan çox sabun paylamağa müvəffəq olmuşdur.
Zamanla bir yük maşını ilə başlayan bu səyahət sürətlə böyüdü və indi Las-Veqas, Dominika, Kanada, Böyük Britaniya, Hindistanın Orlando, Monreal və Honq Konqda təkrar emal müəssisələrinə çevrilməyi bacardı.
Bundan əlavə, "Clean the World" şirkəti Hilton, Marriott və Walt Disney World kimi dünyaca məşhur otellər də daxil olmaqla, təxminən 8000 otellə əməkdaşlıq edir. Hilton 2019-cu ilin mart ayında “Təmiz dünya” şirkəti ilə qüvvələrini birləşdirdi və bu otel ilk 7 ayda 2 milyon funt sterlinq tualet ləvazimatları bağışlayaraq 7,6 milyon sabunun təkrar emalına töhfə verdi...
Murad Şahməmməd



































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)




.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)










