Telefonlarını yastığın altına qoyanlara xəbərdarlıq

Telefonlarını yastığın altına qoyanlara xəbərdarlıq

22 Avqust 2023 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın aparıcı texnologiya şirkətlərindən biri olan «Apple» istifadəçilərinə enerji yığmaq üçün qoşduqları cihazları ilə uzun müddət təmasdan çəkinmələri barədə xəbərdarlıq edib. «Apple»-ın internet saytında iPhone əməliyyat sistemi iOS-un ən son versiyası ilə bağlı "iPhone üçün vacib təhlükəsizlik məlumatı" başlığı altında telefonlarını bir gecədə dolduran insanlar üçün xəbərdarlıqlar var.

«Apple» istifadəçilərə tövsiyə edir: «Cihaz işlək vəziyyətdə və ya enerji mənbəyinə qoşulmuş halda olduqda, enerji adapteri və ya simsiz şarj cihazı ilə uzun müddət bədən təmasından qaçmaq üçün sağlam düşüncədən istifadə edilməlidir".

Xəbərdarlıqlarda cihazın enerji təchizatına qoşulmuş şarj kabelinin və birləşdiricisinin bədən ilə uzun müddət təmasda olmasının və cihazın havalandırılmayan yerlərdə şarj edilməsinin narahatlığa və ya yaralanmaya səbəb ola biləcəyi vurğulanıb.

İstifadəçilərə məlumat məktubunda həmçinin onlara cihazlarını, simsiz şarj cihazını və ya enerji adapterini yorğan, yastıq və ya bədən altına qoymamaq və bu şəkildə yatmamaq tövsiyə olunub.

Murad Şahməmməd