Ultra kompüter və masası ilin sonunda satışa çıxacaq

Ultra kompüter və masası ilin sonunda satışa çıxacaq

25 Avqust 2023 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Evdən işləyənlərə, oyunçulara və hətta məzmun istehsalçılarına dərman kimi gələcək «Corsair Platform 6» kompüter masası açıqlandı. Bu "masa" o qədər çox fərdiləşdirmə variantları təklif edir ki, hətta bir çox bahalı avtomobillərdə belə bunu tapa bilməzsiniz. Pandemiyadan sonra uzaqdan işləmə bir çox biznes sahələri üçün standart hala gəldi. Üstəlik evdə vaxtın uzanması ilə oyunlara maraq da artdı və çoxları “Oyun oynayıramsa, niyə yayımlamayım” dedilər.

«Corsair» həm uzaq işçilərə, həm oyunçulara, həm də məzmun yaradıcılarına müraciət edən yeni ultra-funksional kompüter masasını elan etdi. "Platforma 6" adlanan masa kompüter masasından gözlədiyiniz hər şeyi və daha çoxunu təklif edir. Başdan deyək ki, bu maraqlı məhsul ilin sonunda satışa çıxarılacağı üçün qiyməti hələ bilinmir.

«Corsair» tərəfindən paylaşılan məlumata görə, ikili monitor stendi, kabel təşkilatçısı, daxili USB Type-A və Type-C portları standart olaraq gəlir. Ancaq şəkildə görünən rəf, çekmece və digər stendlərdən hansının standart olaraq gələcəyini bilmirik. «Platforma 6»-nın ən yaxşı tərəfi onun modul rels sisteminə malik olmasıdır ki, burada masanın funksionallığını artıra biləcək aksessuarlar əlavə edə bilərsiniz.

Murad Şahməmməd