Artıq bir zümzümə ilə axtardığınız mahnını anında «YouTube»-da tapa biləcəksiniz

Artıq bir zümzümə ilə axtardığınız mahnını anında «YouTube»-da tapa biləcəksiniz

25 Avqust 2023 12:53
Bəyəndim (0) Bəyənmədim (0)

Məlum olub ki, «YouTube» komandası yeni funksiya üzərində işləyir. Bu yeni funksiya «YouTube»-u «Shazam» kimi səsli axtarış üçün istifadə etməyə imkan verəcək. İstifadəçi ən azı 3 saniyəlik zümzümə ilə axtardığı mahnını anında tapa biləcək. Dünyanın ən məşhur onlayn video tətbiqi «YouTube»-a yeni və təsirli bir funksiyanın gəldiyi ortaya çıxıb. Hazırda sınaq mərhələsində olan funksiya Sizə «Shazam» kimi «YouTube»-dan istifadə etməyə imkan verəcək.

Əldə edilən məlumata görə, «YouTube» tətbiqinə əlavə olunacaq mahnı tapmaq xüsusiyyəti çox sadə şəkildə istifadə edilə biləcək. Tətbiqdə axtarış düyməsinə toxunan istifadəçi ikinci mərhələdə səsli axtarış seçiminə toxunacaq. Burada istifadəçiyə “yeni mahnıları axtarmaq” seçimi təqdim olunacaq. Bu seçim «YouTube»-u «Shazam»-a çevirəcək. Mahnını ən azı 3 saniyə zümzümə etmək və ya başqa mənbədən oxutmaq həmin mahnının «YouTube» bazasında axtarılması üçün kifayət edəcək.

Murad Şahməmməd