Ofisiant robotlar məşğulluq probleminə səbəb olur

Ofisiant robotlar məşğulluq probleminə səbəb olur

28 Avqust 2023 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreyada əksər restoranlar robot ofisiantlara üstünlük verməyə başlayıb. Xüsusilə koronavirus epidemiyasından sonra təmassız xidmət istəyən müştərilər adətən robot ofisiantların olduğu restoranlara üstünlük verirlər. Ucuz Çin robot ofisiantlarının axını, azalan əhalinin və Çin texnologiya şirkətlərinin artan rəqabəti ilə mübarizə aparan Cənubi Koreyada əməlli başlı narahatlıq yaradıb. Müştərilərin süfrələrinə yemək gətirən robotlar məşğulluq problemlərinə səbəb olur. Digər tərəfdən, maaşların artması səbəbindən Cənubi Koreyalı restoran işlədənlər robotlara üstünlük verirlər. Koreya Elm və Texnologiya İnformasiya İnstitutunun məlumatına görə, Cənubi Koreyanın xidmət robotları bazardakı satış dövriyyəsinin 2026-cı ilə qədər 1 milyard dollara çatacağı gözlənilir.

Murad Şahməmməd