İsti yay günlərində dadımıza çatan kondisioneri kim icad edib?

İsti yay günlərində dadımıza çatan kondisioneri kim icad edib?

31 Avqust 2023 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Müasir kondisionerin atası kimi tanınan Willis Carrier, temperatur və rütubət balansını idarə etmək üçün 1902-ci ildə ilk kondisioner sistemini dizayn etmişdir. Bu ixtira yay istisini azaltmaq istəyən milyonlarla insan üçün rahatlığın yeni ölçüsünü açıb. Elm və texnologiya tarixin hər dövründə həyatımızı asanlaşdıran bir çox ixtiralarla ortaya çıxıb. Ancaq bəzi xüsusi ixtiralar var ki, həyatımıza daxil olması ilə gündəlik həyatımızda böyük dəyişikliklərə səbəb olub. Kondisioner də bu xüsusi ixtiralar arasındadır. İsti yay günlərində qapalı məkanlarda sərinləməyə imkan verən bu cihaz əvvəlcə sənaye problemini həll etmək üçün icad edilmişdir. Lakin zaman keçdikcə kondisionerin təqdim etdiyi üstünlüklər sayəsində həm sənaye sahəsində, həm də gündəlik həyatımızda əvəzolunmaz bir alətə çevrilmişdir. Bəs, kondisioner tarix səhnəsinə necə çıxıb və bu gün müasir formasına necə təkamül edib?

Keçmiş sivilizasiyalarda kondisioner vəzifəsini öz üzərinə götürən bəzi üsullar sınaqdan keçirilmişdir.

Qədim Misirdə kondisioner

Əvvəlki dövrlərdə müxtəlif üsullar hazırlanmışdır. Misirlilər səhra istisini azaltmaq üçün qapılarının önünə yaş paltarlar asırdılar. Beləliklə, küləklə birlikdə sərin havanın daxil olmasına imkan verirdilər. Bu sadə, lakin təsirli üsul suyun buxarlanarkən soyuducu xüsusiyyətindən istifadə edirdi.

Romalılar isə şəhərə apardıqları suyu evlərinin divarlarından çıxarmaq üçün mühəndislik bacarıqlarından istifadə edərək təbii kondisioner effekti yaratmağa çalışıblar. Ağılla hazırlanmış bu sistem həm evin içini sərin saxlayır, həm də romalıların rahatlığını artırırdı. Qədim dövrlərdə belə üsullarla soyumağa çalışan bəşəriyyət zamanla bu üsulları inkişaf etdirərək müasir kondisioner sistemlərinə çatmışdır.

İndiki kondisionerlər ilk dəfə 1902-ci ildə yaradılıb.

Bu gün tez-tez istifadə olunan kondisionerlərin əcdadı 1902-ci ildə Amerika mühəndisi Willis Carrier tərəfindən hazırlanmışdır. Həmin dövrdə temperaturun artması, rütubətin dəyişməsi mətbəələrdə böyük problem yaradırdı. Artan rütubət çap kağızlarının genişlənməsinə və ya büzülməsinə səbəb olub.

Bu problemi həll etmək istəyən bir mətbəə şirkəti Willis Carrier işlədiyi şirkətə müraciət edib. Bu tələblə hərəkətə keçən Carrier, əvvəlki dövrlərdə edilən mexaniki soyutma texnikalarından ilhamlanaraq ilk kondisioner prototipini hazırlyıb.

Havadakı rütubəti balanslı saxlamaq üçün soyuq su ilə doldurulmuş borulardan istifadə edərək hava sirkulyasiyasını təmin edən bu sistem ilk kondisionerlərin əsasını təşkil etmişdir. Bununla belə, bu ilk kondisioner indiki kompakt kondisionerlərdən tamamilə fərqli idi və düz 30 ton ağırlığında nəhəng bir maşın kimi meydana çıxmışdı.

Kondisionerin ixtirası zamanla daha geniş sahələrdə istifadə olunmağa başladı.

1950-ci illərdə kondisionerlər daha yığcam və qənaətcil oldu. Bu, onların evlərdə geniş yayılmasına imkan verdi. Artıq insanlar isti yay günlərində evlərinin içərisində sərin sığınacaq tapa bilirdilər. Kondisioner təkcə rahatlığı təmin etmir, həm də iş səmərəliliyini artırır. İnsanlar istidən boğulmadan, enerjilərini itirmədən daha səmərəli işləyə bilirlər…

Murad Şahməmməd