Arı yeşikləri yük maşınından yerə düşdüyü üçün 5 milyon arı ətrafa yayıldı

Arı yeşikləri yük maşınından yerə düşdüyü üçün 5 milyon arı ətrafa yayıldı

31 Avqust 2023 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Kanadanın Toronto şəhərinin qərbində yük maşınından düşən arı yeşikləri çaxnaşmaya səbəb olub. 5 milyon arının ətrafa yayılması ilə əlaqədar piyadalara və sürücülərə xəbərdarlıq edilib. Halton rayon polisinə pətəklərin yük maşınının arxasından düşdüyü barədə məlumat daxil olub. Hadisə yerinə gedən məmurlardan Rayan An arıların ətrafda uçduğunu və qarşılaşdığı mənzərənin diqqətçəkən olduğunu bildirib. Rayan An hadisə yerinə gələn arıçıların arılar tərəfindən bir neçə dəfə sancıldığını bildirib. Polis piyadaları ərazidən uzaq durmağa, sürücülərə isə avtomobillərinin şüşələrini bağlamaq barədə xəbərdarlıq edib. Sosial şəbəkələrdə yayımlanan dəstək bəyanatından sonra hadisə yerinə 6-7 arıçı gələrək arıların yığılmasında köməklik göstəriblər. Artıq arıların çoxunun toplandığı açıqlanıb.

Murad Şahməmmədov