Böyük Çin Səddi üzərində qısa keçid yolu qazan iki nəfər saxlanılıb

Böyük Çin Səddi üzərində qısa keçid yolu qazan iki nəfər saxlanılıb

5 Sentyabr 2023 13:07
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Çin Səddi üzərində qısa keçid yolu qazan iki nəfər saxlanılaraq, artıq həbs edilib. Divarda aparılan qazıntılar Böyük Çin səddinə xeyli miqdarda ziyan vurub.

Şansi əyalətinin polisi divarın bir hissəsindən qısa yol qazmaq üçün istifadə edilən texnikanın izlərini, Çin imperatorları tərəfindən tikilmiş strukturun qalıqlarını tapıb.

Məlumata görə, şübhəlilər sorğu-sual zamanı etiraf ediblər ki, yerli səyahət vaxtını azaltmaq məqsədi ilə divardan, yolu qısaltmaq üçün istifadə ediblər. Ümumi uzunluğu minlərlə kilometr olan hissələrə bölünən Böyük Çin Səddinin inşası e.ə. III əsrdə başlamış və əsrlər boyu davam etmişdir. Mərkəzi Pekindən təxminən altı saatlıq məsafədə olan ərazi, 14-cü əsrdən 17-ci əsrə qədər davam edən Çinin «Ming» sülaləsi dövrünə aiddir. Hazırda iki şübhəli şəxs qanuna uyğun olaraq nəzarətə götürülüb və hadisə ilə bağlı istintaq davam edir.

Murad Şahməmməd