«Ağıllı geyim dövrü»nə 22 milyon dollar investisiya: elektron şalvar gəlir

«Ağıllı geyim dövrü»nə 22 milyon dollar investisiya: elektron şalvar gəlir

6 Sentyabr 2023 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da məlumat yaza bilən ağıllı tekstil məhsullarının inkişafı üçün 22 milyon dollar sərmayə qoyulub. «Ağıllı e-şalvar» layihəsi ilə istehsal olunacaq parça həm məlumatları qeyd edə, həm də gündəlik paltarlar kimi heç bir problem olmadan yuyulub qatlana biləcək. Aksiyon və fantastika kimi müxtəlif film janrlarının əsas simalarından biri olan ağıllı geyimlər ABŞ-ın sərmayəsi ilə real dünyaya gətirilir.

«Tech Times»-da çıxan xəbərə görə, Milli Kəşfiyyat İdarəsi ofisindən verilən press-relizdə deyilir: «Qabaqcıl ağıllı tekstillər hazırda «Intelligence Advanced Research Projects Activity» (IARPA) çərçivəsində inkişaf mərhələsindədir».

«Ağıllı e-şalvar» adlanan bu proqram, birbaşa parçaya toxunan kameralar, sensorlar və naqillərlə ağıllı tekstil sənayesini inkişaf etdirməyi hədəfləyən ABŞ hökumətinin proqramıdır. «Ağıllı e-şalvar» layihəsinin məqsədi geyim haqqında məlumatların, o cümlədən şəkillərin, videoların və audioların çəkilməsi və GPS məlumatlarının hökumətə ötürülməsi üçündür.

Üstəlik, ABŞ höküməti bu parçaları elektronika ilə təchiz olunmuş gündəlik geyimlər kimi dizayn edir. Əlavə olaraq o da bildirilib ki, gündəlik istifadədə, o cümlədən parçanın uzanması, bükülməsi və yuyulması ilə bağlı heç bir problem olmayacaq.

Murad Şahməmməd