20 gün əvvəl uşaq dünyaya gətirən Nazlı Sabancı köhnə formasını bərpa edib

20 gün əvvəl uşaq dünyaya gətirən Nazlı Sabancı köhnə formasını bərpa edib

6 Sentyabr 2023 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

20 gün əvvəl ilk körpəsini qucağına alan məhşur sosioloq Nazlı Sabancı əvvəlki formasını bərpa edib. Hamiləlikdə çəkisini sürətlə itirən Sabancı hamar bədən quruluşu ilə izləyicilərini heyrətləndirib. 2021-ci ildə möhtəşəm toy mərasimi ilə evlənən Nazlı Sabancı və Hakan Sabancı cütlüyü avqustun 15-də ilk körpələrini qucaqlarına alıblar. Doğuşdan sonra bütün vaxtını qızına həsr edən Nazlı Sabancı hamiləlik dövründə aldığı çəkidən də xilas olub. Cəmiyyətin məşhur cütlüyü qızlarına "Arzu Alara" adını verib. Analıq həyəcanını yaşayan Nazlı Sabancı doğumdan günlər sonra son formasını paylaşıb. Hamiləliyindən sonra tez arıqlayan Sabancı mini ətəkli paylaşımına "Yenidən salam" qeydini yazıb. Sabancının qısa müddətdə arıqlaması hər kəsi təəccübləndirib.

Murad Şahməmməd