Təxminən 430 il əvvəl Yerin yaxınlığından keçən "Nishimura" yenidən peyda olacaq

Təxminən 430 il əvvəl Yerin yaxınlığından keçən "Nishimura" yenidən peyda olacaq

7 Sentyabr 2023 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Sonuncu dəfə təxminən 430 il əvvəl Yerin yaxınlığından keçən "Nishimura" kometası əsrlər sonra yenidən peyda olacaq. Şimal yarımkürəsində yaşayan və kometi görmək istəyən müşahidəçilər, son dəfə təxminən 430 il əvvəl özünü göstərən bu ulduzun işığını günəş çıxmazdan 1 saat əvvəl, hava həddindən artıq tutqun olsa da, seyr edə biləcəklər. Təxminən 430 il əvvəl Yerin yaxınlığından keçən "Nishimura" kometası yenidən peyda olacaq.

Bir kilometr uzunluğunda olan kometanın bu həftə sonu və ya gələn həftənin əvvəlində Yer kürəsinin yaxınlığından təxminən 125 milyon kilometr məsafədən keçəcəyi gözlənilir. «Virtual Teleskop» layihəsinin yaradıcısı, italyan astronomu Canluka Masi verdiyi açıqlamada, gələn həftə Şimal yarımkürəsindən gələn kometi görmək üçün son mümkün şans olduğunu bildirib.

Xatırladaq ki, ulduz müşahidəçiləri yapon həvəskar astronomu Hideo Nishimura tərəfindən avqust ayında kəşf edilən nadir yaşıl kometi izləyirlər və buna görə də ulduza Nishimura adı veriblər.

NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqat Mərkəzinin (CNEOS) direktoru Paul Chodas, insanların kometi görmək üçün yaxşı durbinlərə ehtiyacı olduğunu və hara baxacaqlarını bilmələri lazım olduğunu söyləyib.

Murad Şahməmməd