«YouTube»-a oyun gəlir: Proqramdan və ya masaüstündən oynaya biləcəksiniz

«YouTube»-a oyun gəlir: Proqramdan və ya masaüstündən oynaya biləcəksiniz

8 Sentyabr 2023 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Keçən iyun ayında istifadəçilərə tətbiq daxilindən oyun oynamağa imkan verəcək funksiyanın «YouTube»-a gələcəyi məlum olmuşdu. Şirkət artıq rəsmi olaraq bu funksiyanı sınaqdan keçirməyə başlayıb. İyun ayında «Google»-un «YouTube»-da oyun oynamağa imkan verəcək bir funksiya üzərində işlədiyi məlum olmuşdu. Bildirilib ki, bu funksiya yükləməyə ehtiyac olmadan oyunlara daxil olmağa imkan verəcək.

Bu xüsusiyyət artıq rəsmi olaraq təsdiqləndi. «YouTube» oyun funksiyasını sınaqdan keçirməyə başlayıb. Bu funksiyanın hələlik məhdud sayda istifadəçi üzərində sınaqdan keçirildiyi bildirilir.

Oyunları həm masaüstü versiyadan, həm də proqramdan oynamaq olar. «YouTube», oyunlar üçün öz saytına "Oyun oynaya bilənlər" mənasını verən "Oynananlar" bölməsini əlavə edib. Daxil olan məlumatlar göstərdi ki, oyunları birbaşa «YouTube»-un masaüstü versiyasından və ya mobil proqramlar vasitəsilə oynamaq olar.

Ancaq platformanın bu xüsusiyyətə hansı oyunları əlavə edəcəyi barədə hələlik məlumat yoxdur.

Murad Şahməmməd