İflic olan xəstə süni intellektlə işləyən avatardan istifadə edərək yenidən danışa bilib

İflic olan xəstə süni intellektlə işləyən avatardan istifadə edərək yenidən danışa bilib

8 Sentyabr 2023 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

«UC San Francisco» və «UC Berkeley» Universiteti birgə araşdırma aparıblar. Tədqiqatçılar iflic olan xəstənin beyin siqnallarını süni intellektlə işləyən avatara köçürərək xəstənin yenidən danışmasına şərait yaradıblar. Gündəlik həyatımızda artıq yer almağa başlayan süni intellekt, elmdə yeni zəkaların açılmasının açarı olmağa doğru gedir. «UC San Francisco» və «UC Berkeley» universitetlərinin tədqiqatçıları süni intellektdən istifadə edərək danışma qabiliyyətini itirmiş insanların yenidən ünsiyyət qurmasına imkan verən bir araşdırma aparıblar. «UCSF»-nin neyrocərrahı Edvard Çanqın rəhbərlik etdiyi tədqiqatçılar ilk dəfə olaraq beyin siqnallarını nitq və üz ifadələrinə çevirən, implantasiya edilə bilən, süni intellektlə işləyən cihaz hazırlayıblar. Nəticədə iflic səbəbindən danışma qabiliyyətini itirən Ann adlı xəstə danışan rəqəmsal avatardan istifadə edərək ünsiyyət qura və duyğularını çatdıra bilib. Annın beyninin nitqə cavabdeh olan hissələrinə 253 elektroddan ibarət düzbucaqlı cihaz yerləşdirilib. Bir neçə həftə ərzində süni intellektə hər söz üçün mindən çox səs və döyüntü ötrülüb. Qeydlər səsə uyğun gəldiyi kimi, süni intellekt də eşitdiyi səsləri sözə çevirib. Son addım olaraq video oyunlarda istifadə edilən süni intellektə əsaslanan üz animasiya texnologiyası ilə avatar yaradılıb. Avatar xəstənin beynindən gələn siqnallara uyğun olaraq vuruşları və səsləri sözə çevirərək iflic xəstənin danışmasına şərait yaradıb. Tədqiqatçılar bunu gələcək üçün vacib kəşf hesab edirlər. Onların hazırkı məqsədi avatarla pasiyent arasındakı vaxt gecikməsini aradan qaldırmaq və ani ünsiyyəti təmin etməkdir.

Murad Şahməmməd