Alimləri təəccübləndirən kəşf: Quşabənzər dinozavr tapıldı

Alimləri təəccübləndirən kəşf: Quşabənzər dinozavr tapıldı

8 Sentyabr 2023 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin Fucien əyalətində kiçik uzunayaqlı, quşabənzər dinozavrın qalıqları tapılıb. «Unikal skelet formasını nəzərə alaraq, dinozavr quşların ən erkən dövrü olan morfoloji təkamülə yeni işıq salır», — deyə Çin alimləri bildiriblər.

CNN-in xəbərinə görə, "Qəribə Fucian Ovçusu" mənasını verən "Fujianvenator prodigiosus" adlanan dinozavr Son Yura dövründə (148-150 milyon il əvvəl) indiki Çinin Fucien əyalətində yaşayıb.

Sözügedən dinozavrın əksər dinozavrlardan fərqli olaraq budlarının iki qat uzunluğunda aşağı ayaqları olduğu vurğulanıb.

Araşdırmada qeyd edilib ki, heyvanlarda sürətli qaça bilən növlərdə uzun alt ayağın olması Fujianvenatorun yüksək sürətə çata bilən bir qaçışçı ola biləcəyinə işarə edir.

Digər tərəfdən, bu gün leylək və durna kimi su yaxınlığında yaşayan quşlarda da uzun ayaqların görüldüyü Fujianvenatorun bataqlıq və ya su mühitində yaşamış ola biləcəyinə diqqət çəkilib.

Murad Şahməmməd