Ən tənbəl vətəndaş yarışması

Ən tənbəl vətəndaş yarışması

11 Sentyabr 2023 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Monteneqroda ölkənin “ən tənbəl vətəndaşı” seçilmək üçün qızğın mübarizə gedir. 7 nəfər tənbəl vətəndaş avqustun 18-dən yatır, telefonlarında vaxt keçirir və hətta yatdıqları yerdən qalxmadan yemək yeyirlər. Məqsəd həm "ən tənbəl" titulunu, həm də 300 min avroluq pul mükafatını qazanmaqdır. Bütün günü yataqda uzanan tənbəllər “ən tənbəl vətəndaş” adını qazanmaq üçün mübarizə aparırlar. Monteneqroda yerləşən Brezna Etno bölgəsində qeyri-adi yarışma keçirilir. 12-ci “Tənbəllik Olimpiadası”nda 7 iştirakçı yarışmada qalib gəlmək üçün 22 gündən artıq yatıb. Telefonlarında vaxt keçirirlər, hətta yatdıqları yerdən yemək yeyirlər və “ən tənbəl vətəndaş” olmaq üçün yarışırlar. Müsabiqə avqustun 18-də 21 iştirakçı ilə başlayıb. Lakin gün keçdikcə müsabiqə iştirakçılarından yalnız 7 nəfəri qalıb. Qaydalara görə, rəqiblər hər zaman yataq vəziyyətdə qalmalıdırlar. Onların yalnız hər 8 saatdan bir tualetə getməsinə icazə verilir.

Müsabiqə 12 il əvvəl Monteneqro xalqının tənbəl olması ilə bağlı geniş yayılmış mifi ələ salmaq üçün başladılıb. Qalib 300 min avro pul mükafatı da alacaq.

Murad Şahməmməd