Barri dinozavrının Parisdə keçirilən hərracda 1 milyon avrodan çox qiymətə satılacağı gözlənilir

Barri dinozavrının Parisdə keçirilən hərracda 1 milyon avrodan çox qiymətə satılacağı gözlənilir

18 Sentyabr 2023 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

İncəsənət bazarında dinozavr nümunələri nadir olaraq qalır və Barrinin rekordlar qıracağı gözlənilir. Dinozavr təxminən 150 milyon il əvvəl Yura dövrünün sonlarına aiddir. Onun skeleti satışdan əvvəl oktyabrın ortalarında ictimaiyyətə nümayiş etdiriləcək və 1,2 milyon avroya qədər qiymətə satılacağı gözlənilir. İlk dəfə 1990-cı illərdə ABŞ-ın Vayominq ştatında kəşf edilən dinozavr, ilk olaraq 2000-ci ildə paleontoloq Barri Ceyms tərəfindən bərpa edilib və bu səbəbdən Barri adlandırılıb.

Keçən il Barrini əldə edən İtaliyanın Zoic laboratoriyası 2,10 metr hündürlüyündə və 5 metr uzunluğunda olan skeletdə əlavə bərpa işləri aparıb.

Satışın keçiriləcəyi Paris Hotel Drouot hərrac evindən Alexandre Giquello, "Bu, olduqca yaxşı qorunan nümunədir, olduqca nadirdir" deyə bildirib.

Təkcə onun kəllə sümüyünü nümunə götürülsə, kəllə 90%, dinozavrın qalan hissəsi (skeleti) 80% tamamlanıb.

Giquello əlavə edib ki, sənət bazarında dinozavr nümunələri nadir olaraq qalır, dünyada ildə bir neçə belə satış olur.

Murad Şahməmməd