Dünya üçün həyəcan. Antarktidada buzlar tarixdə ən aşağı səviyyəsinə çatıb

Dünya üçün həyəcan. Antarktidada buzlar tarixdə ən aşağı səviyyəsinə çatıb

19 Sentyabr 2023 13:17
Bəyəndim (0) Bəyənmədim (0)

Alimlər Antarktidada dəniz buzlarının səviyyəsinin mövsüm üçün ağılları çaşdıran həddə olduğunu açıqlayıblar. Tədqiqatçılar xəbərdarlıq ediblər ki, vəziyyət qlobal dəniz səviyyəsini yüksəldə, şəhərlərin su altında qalmasına və regionun ekosistemini pozulmasına gətirib çıxara bilər.

ABŞ Milli Qar və Buz Məlumat Mərkəzinin xəbərinə görə, Yerin ən cənub qitəsini əhatə edən buz hazırda 17 milyon kvadrat kilometrdən az ərazini əhatə edir. Bu sahə sentyabr ayının orta göstəricisindən azdır. Tədqiqatçılar Antarktidada buzun cənub yarımkürəsində yay aylarından rekord səviyyədən ən aşağı olduğunu aşkar ediblər.

Tədqiqatçılar xəbərdarlıq ediblər ki, daha az dəniz buzu pinqvinlərin, suitilərin və digər Antarktika heyvanlarının yaşayış yerlərini təhdid edə və qlobal dəniz səviyyəsinin qalxmasına səbəb ola bilər.

"Bu buz örtüyü olmadan okeanın qaranlıq sahələri açıq qalır və buna görə də okean günəş işığını əks etdirmək əvəzinə onu udur" deyə tədqiqatçılar bildiriblər. Bu, bölgəni istiləşdirir və buz itkisini daha da sürətləndirir. Buzların əriməsi təbii ki, dəniz səviyyəsinin qalxmasına səbəb olur.

Digər tərəfdən, Antarktika dəniz buzları soyuq temperatur və təxminən 24 saat qaranlıq səbəbindən ilin bu vaxtında (cənub yarımkürəsində) normal olaraq illik maksimuma çatır.

Böyük Britaniyanın Exeter Universitetinin professoru Martin Siegert deyir: «Əsas nəticə odur ki, biz dəqiq səbəbi bilmirik. Antarktika sistemi mürəkkəbdir və nümunə götürmə kifayət deyil. Qəti bir nəticə əldə etmək yaxşı olardı. Biz hadisələri dəyişkənliyə çevirməyə çalışıraq, paralel olaraq zəhərli yanacağının yanmasını dayandırmalıyıq” bizim qətiyyən başqa imkanımız yoxdur» deyə bildirib.

Murad Şahməmmədov