Uşaq otağında ruh görən gənc cütlük evlərini dəyişməli olublar

Uşaq otağında ruh görən gənc cütlük evlərini dəyişməli olublar

21 Sentyabr 2023 13:11
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikada yaşayan gənc cütlük qızlarının beşiyinin yanından keçən kabus kölgəsi və körpələrinin yanaqlarında üç tünd bənövşəyi cızıq gördükdən sonra evlərini tərk etmək məcburiyyətində qalıblar. Cütlük təhlükəsizlik kamerası görüntülərində körpənin beşiyinin yanından sürətlə keçən və sonra gözdən itən kişi kölgəsini aşkarlayıb. Paranormal fəaliyyət müstəntiqləri də evdə "paranormal fəaliyyət" olduğunu təsdiqləyiblər.

Gənc ailə körpələrinin üzündə qançır olduqdan sonra körpənin otağının təhlükəsizlik kamerasına baxıb. Cütlük kamerada körpənin ətrafında dolaşan kişi kölgəsini gördükdən sonra evdən köçürməli olublar.

Ana Heather Brough bir yaşlı körpəsi Lily Higginsi bir müddət yatdıqdan sonra oyandırıb və körpəsinin yanaqlarında üç dərin bənövşəyi cızıq görüb. O, əvvəlcə körpənin yatarkən özünü qaşıdığını zənn edib, lakin təhlükəsizlik kamerasının görüntülərinə baxanda Lilyin beşiyinin yanından sürətlə keçən kişi kölgəsinin havada gözdən itdiyini görüb. Cütlük evlərindən uzaqlaşmaq üçün evi tərk etməyi seçiblər. Müstəntiqlər evdə "paranormal fəaliyyət" olduğunu təsdiqləyiblər.

Ananın qayınanası Kris, keçmiş ev sahibinin ombası sınıqdan sonra evin pilləkənlərinin altında öldüyünü söyləyib. Kris də evdə tək olarkən zaman-zaman gülüş səsləri eşitdiyini iddia edib.

Murad Şahməmməd