Akkumulyator tələb etməyən ilk elektron velosiped istehsal edilib

Akkumulyator tələb etməyən ilk elektron velosiped istehsal edilib

22 Sentyabr 2023 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada akkumulyator tələb etməyən ilk elektron velosiped istehsal edilib. Fransız sahibkar Adrien Lelievre, Pi-Pop adlı e-velosipedində enerji saxlamaq üçün superkapasitor adlı yeni sistemdən istifadə edib. Bu sistemdə ənənəvi litium batareyalar kimi ağır metallar yoxdur.

Bu bir həqiqətdir ki, son illərdə enerji qiymətlərinin artması böyük şəhərlərdə yaşayan bir çox insanın gündəlik həyatlarında velosiped və ya ictimai nəqliyyat kimi alternativlərə üz tutmasına səbəb olub.

Xüsusilə, velosiped və ya skuter kimi akkumulyatorla işləyən şəxsi avtomobillər son illərdə çox geniş yayılmışdır.

Elektrikli avtomobillər kimi, bu cür nəqliyyat vasitələrinin də ən böyük problemləri məsafə, doldurma müddəti və əlbəttə ki, akkumulyatorların tərkibində olan ağır metal və zəhərli maddələrdir. Bu cihazlarda tez-tez istifadə edilən litium-ion batareyaların böyük ölçüdə təkrar emala yararsız olması şirkətləri və insanları iqlim böhranı haqqında düşünməyə vadar edən başqa bir problemdir.

Bununla belə, bir sahibkar ənənəvi batareyaları tarixə salacaq bir ixtira etdi. Fransız sahibkar Adrien Lelievre, Pi-Pop adlandırdığı yeni nəsil elektrikli velosipeddə superkapasitor adlı enerji saxlama sistemindən istifadə edib və bu sistem bildiyimiz litium-ion batareyalardan çox fərqli işləyir.

Bu yeni enerji təchizatı sistemi iqlim böhranı üçün davamlı bir quruluşa sahib olmaq baxımından çox əhəmiyyətlidir.

Murad Şahməmməd